Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı: `Ölkə idarəçiliyi tamamilə ələ alınmışdır`

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı: `Ölkə idarəçiliyi tamamilə ələ alınmışdır`

Türkiyə Silahlı Qüvvələrinin baş qərargahı yazılı açıqlama yayaraq ölkədə bütün idarəetmənin ələ alındığını bildirib.
 
Deyerler.org-un "Doğan Xəbər Agentliyi"nə istinadən verdiyi xəbərə görə, açıqlamada deyilir: "Türkiyə Silahlı Qüvvələri Konstitusiya, demokratiya, insan haq və azadlıqlarınının yenidən təmin edilməsi və təsisi; ölkədə hüququn üstünlüyünsün yenidən hakim olması; pozulmuş asayiş düzəninin bərpası məqsədilə ölkə idarəetməsini ələ almışdır. Bütün beynəlxalq anlaşmalarımız və razılaşmalarımız keçərlidir. Bütün dünya ölkələri ilə yaxşı əlaqələrimizin davam edəcəyinə ümid edirik".
 

Trend-in məlumatına görə, Türkiyənin Baş naziri Binali Yıldırım isə deyib ki, bir qrup türk hərbçisi hərbi çevriliş etməyə cəhd edib.

O qeyd edib ki, bir qrup hərbçi hakimiyyət orqanlarına qarşı qanunsuz hərəkət etməyə cəhd ediblər.

 

 

Google+ WhatsApp ok.ru