Türkiyə məhkəməsi `Mavi Mərmərə` məsələsində İsrailin xeyrinə qərar çıxardı

Türkiyə məhkəməsi `Mavi Mərmərə` məsələsində İsrailin xeyrinə qərar çıxardı

İslamazeri.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, ötən gün İstanbul 7-ci Ağır Cinayətlər Məhkəməsində Sionist İsrail xüsusi təyinatlılarının "Mavi Mərmərə" gəmisinə hücum edərək 9 nəfərin ölümünə və bir neçə nəfərin yaralanmasına səbəb olan hücumla əlaqədar qaldırılmış cinayət işi Türkiyə işğalçı İsrail əlaqələrinin yaxşılaşması səbəbilə qüvvədən düşüb.
 
Məhkəmədə hakimlərlə vəkillər arasında yaranan mübahisədən sonra Prokuror Hüseyin Aslana söz verilib. O "Türkiyə Respublikası, sadəcə bu məhkəmə və bu şübhəlilər üzündən özəl olaraq imtina etmişdir. Bu işin davam etməsi üçün qanuni əsas qalmamışdır. Bundan öncə və bundan sonra şübhəli, zərər çəkmiş, ərizə yazan və vəkil dinlənməz və iş aparılmaz. Bu məhkəmə əngəlidir.", - deyə bildirib. 
 
Daha sonra zərər çəkmişlərdən biri salondan çıxarılıb və vəkillər məhkəmə salonunu tərk ediblər. 
 
Sosial şəbəkələrdə Türkiyənin bu qərarı sərt tənqidlərə məruz qalıb. Məhkəmənin çıxışında şəhid ailələri və etirazçılar toplaşaraq qərara etirazlarını bildiriblər.
 
 

Google+ WhatsApp ok.ru