Türkiyədə daha iki kürd deputat saxlanıldı

Türkiyədə daha iki kürd deputat saxlanıldı

Türkiyədə Xalqların Demokratik Partiyasından olan kürd əsilli deputatlar Maxlar Demirelya və Besne Konca saxlanılıblar.
 
Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, saxlanılan kürd deputatlar terror strukturlarına yardım göstərməkdə günahlandırılır.
 
Məhkəmə qərarında qeyd edilib ki, parlamentarlar çağırış göndərilsə də, məhkəməyə gəlməyiblər.
 
Bu səbəbdən onların saxlanılması qərara alınıb. 
 

Google+ WhatsApp ok.ru