Türkiyə təyyarəsi İranda təcili eniş etdi

Türkiyə təyyarəsi İranda təcili eniş etdi

Kuveytdən İstanbula uçanTürkiyə hava yollarına məxsus təyyarə İranın Kirmanşah şəhər hava limanına təcili eniş edib.  
 
Maide.Az xəbər verir ki, buna səbəb təyyarədə yaranmış texniki nasazlıq olub. 
 
Türkiyə hava yollarına məxsus Airbus A320 tipli təyyarə yerli vaxtla saat 02:10 radələrində Kirmanşah şəhərinin Əşrəfi hava limanına təcili eniş edib. “Təyyarənin sərnişinləri hotelə yerləşdirilib və başqa təyyarənin onların aparmasını gözləyirlər. Təyyarədəki texniki nasazlığı aradan qaldırmaq üçün Türkiyədən xüsusi briqada İranın Kirmanşah şəhərinə səfər edəcək”. (irna)
 

Google+ WhatsApp ok.ru