Türkiyənin Əhli-Beyt (ə) alimləri dərnəyi: `On4 TV və Kanal 12-nin bağlanılmasını qınayırıq`

Türkiyənin Əhli-Beyt (ə) alimləri dərnəyi: `On4 TV və Kanal 12-nin bağlanılmasını qınayırıq`

Türkiyənin Əhli-Beyt (ə) alimləri dərnəyi On4 TV və Kanal 12-nin bağlanılmasına etiraz əlaməti olaraq, bəyənatla çıxış edib.
 
Bəyənatda Əhli-Beyt (ə) alimləri dərnəyi On4 TV və Kanal 12-nin bağlanılmasını qınadıqlarını bildirib. Bəyənatın mətni aşağldakı kimidir:
 
"Rəhman və Rəhim olan Allahın adıyla.
 
Türkiyə Cümhuriyyətində yaşayan 3 milyona yaxın cəfəri/şiə vətəndaşlar həmişə bu ölkənin əsas faktorları sayılmış və hər kəs tərəfindən millətinə, bayrağına və vətəninə sadiq şəxslər kimi tanınmışdır. Ən təbii və ən qanuni hüquqlarından məhrum edilmələrinə baxmayaraq, yenə də ölkənin birlik və bərabərliyi üçün səy edib, bunu ilahi bir şüar kimi qəbul etmişlər.
 
Ölkəmizdə olan bütün Əhli-Beyt (ə) məktəbi qurumları, xüsusilə də "On4 TV" 15 iyul kimi, ölkə və xalqımızı parçalamağa çalışan xarici qüvvələrin əlaltıları (maşaları) qarşısında sona qədər dayanmış, bu çevriliş cəhdləri qarşısında qanuni hökumətin və prezidentin yanında durmuşdur.
 
5 il bundan qabaq "On4 kanalı"nın yayıma başlaması cəmiyyətimizi dərindən sevindirmiş, dövlət tərəfindən hüquqlarımızın bizlərə verilməyə başlanması kimi düşünülmüşdü. İnanc və fikirlərimizi qardaşlıq çərçivəsində bəyan edə bilmək imkanına nail olduğumuz üçün çox xoşbəxt olmuşduq.
 
Lakin kanalın yayıma başladığı ilk gündən etibarən FETÖ tərəfindən haqsızlıq və zülmlərə məruz qalmışdı. Buna baxmayaraq, bezmədən, usanmadan yayıma davam etməyə çalışmışdı. Amma təəssüf ki, bu gün On4 TV və Kanal 12-nin bağlanılması ilə hələ də bu lənətlik strukturun tam təmizlənmədiyini başa düşürük.
 
Telekanallarımızın bağlanması Türkiyədə Əhli-Beyt (ə) alimlərinin, cəmiyyətlərinin, qurumlarının, ümumiyyətlə bütün cəfərilərin böyük bir kədərə qərq etmiş, gələcəkləri üçün narahatlıq keçirmələrinə səbəb olmuşdur.
 
Nə olmasından asılı olmayaraq, biz yenə də dövlətimizin bu böyük səhvdən dönəcəyini, ölkəmizin çətin günlər keçirdiyi dövrdə cəmiyyətimizi mənəvi baxımdan qırmayacağına tam inamımız var. Ümid edirik ki, kanallarımız ən qısa vaxtda yenidən yayım həyatlarına qayıdacaq və ölkəmizin birliyinə xidmətlərini davam etdirəcəklər.
 
Yenə də Əhli-Beyt (ə) alimləri dərnəyi olaraq, On4 TV və Kanal 12-nin bağlanmasına etiraz etdiyimizi dilə gətirir, hakimiyyətdən bu səhvi düzəltmələrini gözlədiyimizi qeyd edirik. Eyni zamanda cəmiyyətimizdən də xahişimiz budur ki, hər vaxt və hər bir çətinlikdə olduğu kimi, ağıla söykənən rəftarlarını qorusunlar, hər sahədə Əhli-Beytin (ə) gözəl əxlaqını göstərsinlər və təxribatçılara heç vaxt ciddi yanaşmasınlar".(deyerler.org)
 

Google+ WhatsApp ok.ru