Türkiyədə referendum aprelin əvvəllərində keçiriləcək

Türkiyədə referendum aprelin əvvəllərində keçiriləcək

Türkiyədə Konstitusiya dəyişikliyi barədə referendum aprel ayının əvvəllərində keçiriləcək.
 
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu baş nazir Binəli Yıldırım deyib. 
 
Ötən həftə parlament  tərəfindən qəbul edilən 18 dəyişiklikdən ibarət  paket ölkə prezidenti Rəcəb Tayib Ərdoğan tərəfindən təsdiqlənməlidir. Referendum qanun “Rəsmi qəzet”də dərc olunduqdan 60 gün sonra ilk bazar gününə təsadüf etməlidir.
 
Dəyişikliklərə əsasən Türkiyə parlament respublikasından prezident respublikasına çevrilir. Baş nazir postu ləğv olunur. /

Google+ WhatsApp ok.ru