Türkiyəyə məxsus təyyarə İranda təcili eniş etdi

Türkiyəyə məxsus təyyarə İranda təcili eniş etdi

Türkiyə hava yollarına məxsus İstanbuldan Vyetnama uçan Airbus 330 tipli təyyarə İranın Zahidan şəhərində təcili eniş edib. 
 
Maide.Az xəbər verir ki, təyyarənin İranın Sistan və Bəlucistan əyalətinin Zahidan şəhərində təcili eniş etməsinə səbəb sərnişinlərdən birinin halının pisləşməsi olub.
 
“Təyyarə saat 07:35-də Zahidan beynəlxalq hava limanına eniş edib. Xəstə Zahidan şəhər xəstəxanasına çatdırılıb və vəziyyəti qənaətbəxşdir”, -deyə Zahidan hava limanının idarə rəisi Ərabi deyib.

Google+ WhatsApp ok.ru