Türkiyədə sellofan paketlərin istifadəsi qadağan edilir

Türkiyədə sellofan paketlərin istifadəsi qadağan edilir

Türkiyədə 2018-ci ilin yanvarından mağazalarda sellofan paketlərin istifadəsi qadağan ediləcək.
 
Maide.Az xəbər verir ki, Türkiyə pərakəndə satış federasiya şurasının sədri Mustafa Altunbilək deyib ki, bu qanun ekologiyanın qorunması və plastik məişət tullantılarının azaldılmasına yönəlib. “Biz istehlakçılara mağazalarda parça və kağız paketlərdən istifadəni məsləhət görürük”. 
 
M.Altunbilək deyib ki, sellofan paketlər yüz illər məhv olmadan qalır və ölkənin gələcəyi və insan sağlamlığı üçün təhdiddir. 
 
Qeyd edək ki, Türkiyədə hər gün 30 ton plastik paket istifadə edilir ki, onlardan yalnız 1 faizi təkrar emal olunur. /

Google+ WhatsApp ok.ru