Türkiyənin Hərbi Dəniz Qüvvələri komandanı Bakıda

Türkiyənin Hərbi Dəniz Qüvvələri komandanı Bakıda

Aprelin 11-də Türkiyə Hərbi Dəniz Qüvvələri komandanı, donanma admiralı Bülent Bostanoğlu Azərbaycana gəlib.
 
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi xəbər yayıb.
 
Xəbərə görə, səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşü planlaşdırılır.
 
Admiral B.Bostanoğlu-nun rəhbərlik etdiyi nümayəndə heyətinin Hərbi Dəniz Qüvvələri Komandanlığı, Azərbaycan Ali Hərbi Məktəbi ilə tanışlığı da nəzərdə tutulur.
 
Bu səfərin aprelin 14-ə kimi davam edəcəyi bildirilir.
 

Google+ WhatsApp ok.ru