Türkiyədə 215 minlik “FETO”çu siyahısı hazırlanıb

Türkiyədə 215 minlik “FETO”çu siyahısı hazırlanıb

Türkiyədə FETO-nün gizli xəbərləşmə proqramı “ByLock” istifadə edən 215 min adamın mesajlarının sirrinin açıldığı iddia edildi. Bu rəqəm indiyə qədərki ən böyük siyahının olduğunu ortaya qoyur.
 
Xəbərlərə görə, Milli İstihbarat Təşkilatı (MİT) telefonunda FETO-nun gizli mesajlaşma şəbəkəsi “ByLock” olan 215 min nəfərlik siyahını Ankara Respublika Prokurorluğuna təqdim edib.
 
Ankara Respublika Baş prokurorluğunun təlimatı ilə Qaçaqçılıq və Mütəşəkkil cinayətlər üzrə Mübarizə İdarəsi ekspert qrupları “ByLock” mesajlarını və istifadəçilərini təyin etmək üçün iş aparıb. Qrupların çalışması nəticəsində FETO üzvlərinin 18 milyon “Bylock” mesajının oxunduğu iddia edilir.
 
“ByLock” yazışmalarının ilk mərhələdə keçən həftəki əməliyyatda nəzarətə alınan FETO-çu “məhrəm imamları”nın fayllarına qoyulacağı, 1200 şübhəlinin bu yazışmalar əsasında istintaqa cəlb ediləcəyi bildirilir. (azadliq.info) /

Google+ WhatsApp ok.ru