Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb: 5 nəfər ölüb, 36 nəfər xəsarət alıb

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb: 5 nəfər ölüb, 36 nəfər xəsarət alıb

Türkiyənin Amasya vilayətində ağır yol qəzası baş verib.
 
Hadisə Merzifon rayonunda qeydə alınıb. İstanbuldan Ordu şəhərinə gedən sərnişin avtobusunun dərəyə aşması nəticəsində 5 nəfər ölüb, 36 nəfər xəsarət alıb.
 
Hadisənin baş verdiyi əraziyə xeyli sayda təcili yardım briqadası cəlb edilib.(salamnews)

Google+ WhatsApp ok.ru