Türkiyə futbolunda yeniliklər tətbiq edilib

Türkiyə futbolunda yeniliklər tətbiq edilib

Türkiyə Futbol Federasiyası (TFF) ölkə kubokundan sonra Super Liqanın formatında da dəyişiklik edib.
 
TFF-nin yeni qərarına əsasən, bundan sonra elita klubları oyunlar zamanı iştirak ərizələrinə 18-21 futbolçu daxil edə biləcək.
 
Hansısa komandanın iştirak ərizəsi 18 futbolçudan ibarət olsa, biri qapıçı olmaqla ən azı 7 futbolçunun Türkiyə millisində oynamaq hüququna malik olması şərtdir. İştirak ərizəsi 18 nəfərdən ibarət olacağı təqdirdə Türkiyə vətəndaşlığına malik oyunçuların minimum sayı 8 olmalıdır. 20 və ya 21 futbolçudan ibarət siyahı ilə oyuna çıxacaq komandalar isə azı 9 milli üzvlüyünə namizədə yer verməlidir.
 
TFF yeni mövsümlə bağlı başqa dəyişikləri də bəyan edib. Belə ki, klubların istəyinə əsasən, yeni mövsümdə hər oyundan öncə və fasilədə qazonun sulanması barədə təlimat olacaq.
 
Bundan əlavə, oyunun gedişində eyni vaxtda isinmə hərəkətləri yerinə yetirəcək oyunçu sayı da 5-ə qaldırılıb. (apasport) /

Google+ WhatsApp ok.ru