Türkiyədə 152 nəfər kimyəvi maddədən zəhərlənib

Türkiyədə 152 nəfər kimyəvi maddədən zəhərlənib

Türkiyənin Siirt vilayətinin Akbaş kəndində kimyəvi maddədən kütləvi zəhərlənmə baş verib.
 
Tərkibində kimyəvi maddə olduğu bildirilən qazın sızması nəticəsində 152 nəfər zəhərlənib.
 
Səhiyyə Nazirliyinin məlumatına görə, kənd sakinlərində kütləvi ürək bulanması və qusma halları qeydə alınıb, müvafiq xidmətlərin əməkdaşları hadisə yerinə cəlb olunub. 92 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanalara yerləşdirilib, 60 sakin kənd yaxınlığında qurulan çadırlara köçürülüb.(apa)
 

Google+ WhatsApp ok.ru