Türkiyə 16-cı əsrə aid Quran nüsxəsini Londondan geri alacaq

Türkiyə 16-cı əsrə aid Quran nüsxəsini Londondan geri alacaq

Türkiyənin Turizm və Mədəniyyət Nazirliyi milad tarixi ilə 16-cı əsrə aid olan Quran nüsxəsinin Londonda satışının qarşısını almaq üçün qanun qəbul edib və bu nüsxəni geri almağa çalışır.
 
Maide.Az "İqna" agentliyinə istinadən xəbər verir ki, Londonun "Christie's" hərrac mərkəzində satışa çıxarılmış və bu gün (26 Oktyabr 2017-ci il) hərraca çıxarılacağı deyilən qədim Quran-Kərim nüsxəsi milad tarixi ilə 16-cı əsrdə Osmanlı imperiyası dövründə hüsnxətt ustadlarının birini oğlu tərəfindən yazılıb. 
 
Türkiyə cümhuriyyətinin rəsmi məqamları iddia edirlər ki, ilkin qiyməti 120 min pond olan bu nüsxənin Türkiyədən qaçaq yolu ilə oğurlandığı ehtimalı var.
 
Türkiyənin xarici işlər nazirliyi Londonun "Christie's" hərrac mərkəzi ilə telefon əlaqəsi yaradaraq bu nüsxənin satışının dayandırılmasını tələb edib. Hərrac mərkəzinin məsulları isə hələ də bu barədə cavab və izah verməyiblər.
 
Qeyd edək ki, bu Quran nüsxəi Osmanlı imperiyası dövrünün məşhur xəttatı və Osmani-İslami hüsnxətt və xəttatlıq məktəbinin banisi Ustad Şeyx Həmdüllahın oğlu Mustafa Dədə tərəfindən yazılmışdır.
 
Ustad Şeyx Həmdüllah öz zamanında məşhur olan altı İslami hüsnxətt xətlərinin yazılma qaydalarına yenilik gətirərək düzəliş etdi. Onun nəsx və süls xətti üslubu nüsnxətt ustadları arasında məşhurdur.
 

Google+ WhatsApp ok.ru