Türkiyədə hərbi hissədə növbəti kütləvi zəhərlənmə

Türkiyədə hərbi hissədə növbəti kütləvi zəhərlənmə

-- 70 hərbçi xəstəxanaya yerləşdirilib.

Türkiyənin Qaziantep vilayətində hərbi hissələrdən birində kütləvi zəhərlənmə olub.
 
Maide.Az bildirir ki, Trend-in məlumatına görə, 70 hərbçi xəstəxanaya yerləşdirilib.
 
Onların qidadan zəhərləndiyi bildirilir. Hərbçilərin vəziyyəti barədə hələ məlumat verilmir.
 
Faktla bağlı araşdırma aparılır.
 
Xatırladaq ki, iyun ayında Manisa vilayətində 70-dən çox hərbçi qidadan zəhərlənmişdi.
 

 

Google+ WhatsApp ok.ru