Türkiyədə “Peyğəmbər tarixi muzeyi” açılacaq

Türkiyədə “Peyğəmbər tarixi muzeyi” açılacaq

-- Muzeydə “Qurani-Kərim”də adı keçən peyğəmbərlərin həyatı əks etdiriləcək

Türkiyənin Şanlıurfa şəhərində “Qurani-Kərim” əsasında “Peyğəmbər tarixi muzeyi” hazırlanacaq.
 
Maide.Az “İQNA”ya istinadən xəbər verir ki, muzey texnoloji yeniliklərlə də təchiz ediləcək.
 
Şəhər bələdiyyəsindən bildirilib ki, bu, Türkiyədə ilk belə muzey olacaq.
 
Muzeyin istifadə sahəsi tamamilə torpaq altında və iki təpədən ibarət olacaq. Muzeyin içində məsləhətxana, məscid, kitabxana, restoran və ticarət məntəqələri də yer alacaq.
 
Müxtəlif yerlərdə visual effektlər quraşdırılacaq. “Qurani-Kərim”də adı keçən peyğəmbərlərin həyatı da əks etdiriləcək.
 

Google+ WhatsApp ok.ru