Türkiyədə zəlzələ nəticəsində yaralananların sayı artıb

Türkiyədə zəlzələ nəticəsində yaralananların sayı artıb

-- 39-a çatıb

Türkiyənin Adıyaman əyalətinin Samsat rayonunda baş verən zəlzələ nəticəsində yaralananların sayı 39-a çatıb.
 
Maide.Az “Report”-a istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində rayon mərkəzində və kəndlərdə evlər dağılıb.
 
Türkiyənin baş naziri Binəli Yıldırım zəlzələ nəticəsində insan tələfatının olmadığını bildirib.
 
Qeyd edək ki, Türkiyənin Adıyaman şəhərində 5,5 bal gücündə zəlzələ olub. Yeraltı təkanlar 9,17 km dərinlikdə qeydə alınıb. 
 
 

Google+ WhatsApp ok.ru