Türkiyədə qatar qəzasında həlak olanların sayı açıqlanıb

Türkiyədə qatar qəzasında həlak olanların sayı açıqlanıb

-- 24 ölü, 124 yaralı

Türkiyədə baş verən qatar qəzasında həlak olanların sayı 24 nəfərə çatıb.
 
Maide.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, xilasetmə işləri bu gün səhər saat 6.00-da başa çatıb.
 
Hazırda xəstəxanalarda 124 nəfər yaralı müalicə alır.
 
Qeyd edək ki, iyulun 8-i yerli vaxtla saat 17:00-da Çorlu şəhəri yaxınlığında 362 sərnişin və 6 heyyət üzvünü Uzunköprüdən Halkalıya daşıyan 6 vaqondan ibarət sərnişin qatarı qəzaya uğrayıb. Nəticədə qatarın 5 vaqonu relsdən çıxıb. Müəyyən edilib ki, qatarın relsdən çıxmasına səbəb güclü yağışlar nəticəsində relslərin altında torpağın yuyulması olub.
 
 

Google+ WhatsApp ok.ru