Türkiyədə un qıtlığı başladı

Türkiyədə un qıtlığı başladı

Türkiyədə unun bahalaşmasından sonra qıtlıq yaşanmağa başlayıb.
 
Maide.Az “Tr24”ə istinadən xəbər verir ki, hazırda 50 kiloluq un kisəsinin qiyməti 175 lirəyə (təxminən 45 manat) qədər yüksəlib.
 
Çörək qiymətlərinin artırılması da gözlənilir.
 
Dəyirmanlarda və anbarlarda da un ehtiyatları azalmağa başlayıb. Bu səbəbdən də başqa ölkələrə ixrac məhdudlaşdırılıb.
 
Məlumat üçün bildirək ki, Türkiyə Rusiya ilə birlikdə dünyada ən böyük un ixracatçısından biridir.
 

Google+ WhatsApp ok.ru