Türkiyəli fotoqraf İslam şəhərləri fotoarxivini hazırlayır

Türkiyəli fotoqraf İslam şəhərləri fotoarxivini hazırlayır

Türkiyəli fotoqraf Orhan Durgut müxtəlif İslam ölkələrinin şəhərlərinin fotoarxivini hazırlayır.
 
Maide.Az İQNA-a istinadla xəbər verir ki, 12 ildir bu işlə məşğul olan Orhanın hədəfi müsəlmanlara bir-birlərini tanıtdırmaq, müsəlmanları İslam ölkələrinin mühüm şəhərləri ilə tanış etmək və bu vasitə ilə müsəlmanlar arasında ülfət və qarşılıqlı mehriban münasibət yaratmaqdır.
 
O.Durgut ilk dəfə 2006-cı ildə Məkkədə olarkən bu qərara gəlir ki, “İslam şəhərləri” adlı bir fotoarxiv hazırlasın. Bundan sonra o, dünyanın müxtəlif İslam ölkəsində 45 şəhərə səfər edərək fotolar hazırlayır. 
 
Müsəlmanların bir-birləri haqqında ətraflı məlumata sahib olmadıqlarını deyən O.Durgut qeyd edir ki, foto təksə incəsənət əsəri deyil, həm də insanlara məlumatlar və mesajlar ötürən bir mənbədir. Ümid edirəm ki, hazırladığım material İslam dünyasına xidmət üçün faydalı olacaq.
 
Əsasən müqəddəs və tarixi şəhərlərin, peyğəmbərlər və din alimlərinin məqbərələrinin fotolarını hazırlamağın önəmli olduğunu deyən O.Durgut indiyədək Məkkə, Mədinə, Qüds, Dəməşq, İsfahan, Sarayovo, Bağdad və digər şəhərlərin fotoarxivlərini hazırlayıb. 
 

Google+ WhatsApp ok.ru