Türkiyədə İsrail əlehyinə aksiya keçirilib - FOTO 14 Noyabr 2018 09:40 Fələstin İşğalçı İsrail rejiminin hücumlarıyla başlayan Qəzza zolağındakı insanlıq dramına etiraz mәqsәdilә Türkiyənin İstanbul şəhərində etiraz aksiyası keçirilib. Maide.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, İşğalçı rejimin İstanbul Baş konsulluğu qarşısında toplanan minlərlə insan, İsrailin Qәzzaya tәşkil etdiyi hücumları lənətləyərək, Fələstin üçün azadlıq istəyib, uşaq, qadın və dinc sakinlәrin ölümlərinə səbəb olan hücumları qınayıblar. Hücuma son qoyması haqda İsrailә çağırış ediblәr. Etirazçılar sionist İsrail rejiminin bölgədə xaos, münaqişələr və qeyri-müəyyənliyin əsas amili olduğunu və işğalçıları işğal etdikləri Fələstin torpaqlarından çıxarılmağın müsəlmanların əsas vəzifəsi olduğunu bildiriblər. Etirazçılar İsrail əleyhinə şüarlar səsləndirib və bu rejimlə müsəlman ölkələrinin əlaqələrini kəsilməsini tələb ediblər. Teqlər : #Türkiyədə,#İsrail,#əlehyinə,#aksiya,#keçirilib,#FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Həmas: Əgər Netanyahu hücumları dayandırmağımızı istəyirsə... BMT yenə ənənəsinə sadiq qaldı: quru bəyanatla kifayətləndi
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar