Türkiyədə qatar qəzasında ölənlərin sayı 9-a, yaralıların sayı isə 47-yə çatıb -  YENİLƏNİB

Türkiyədə qatar qəzasında ölənlərin sayı 9-a, yaralıların sayı isə 47-yə çatıb -  YENİLƏNİB



Türkiyədə sürət qatarının lokomotivlə toqquşması nəticəsində ölənlərin sayı 9-a, yaralıların sayı isə 47-yə çatıb.

Maide.Az  “Hürriyet”ə istinadən xəbər verir ki, bunu ölkənin nəqliyyat naziri Cahit Turhan bildirib.

Onun sözlərinə görə, ölənlərdən 3-ü maşinist, 6-sı isə sərnişindir. Nazir deyib ki, hadisə ilə bağlı araşdırmalar davam edir.

Qatarda ümumilikdə 206 sərnişin olub.

Hadisə ilə bağlı Ankara Prokurorluğu cinayət işi başlayıb, araşdırma aparılır.

Google+ WhatsApp ok.ru