Türkiyədə avtobus aşdı - 35 yaralı

Türkiyədə avtobus aşdı - 35 yaralı

Türkiyənin Bursa vilayətində sərnişin avtobusu aşıb. Trend-in məlumatına görə, qəza nəticəsində 35 nəfər xəsarət alıb.
 
Məlumata görə, idarəetməni itirən sürücü avtobusu dərəyə aşırıb.
 
 Yaralıların hamısının Türkiyə vətəndaşları olduğu bildirilir. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.
 

Google+ WhatsApp ok.ru