Türkiyədə iki qadın terrorçu saxlanılıb

Türkiyədə iki qadın terrorçu saxlanılıb


Suriyadan Türkiyəyə qanunsuz yolla daxil olmağa çalışan iki qadın 9 uşaqla bərabər Şanlıurfa vilayətinin Akçakale rayonu ərazisində şübhəli qismində saxlanılıb.

Maide.Az xəbər verir ki, araşdırma zamanı saxlanılan qadınların İnterpol tərəfindən beynəlxalq axtarışda olduqları müəyyən edilib.

Onlar İŞİD terror qruplaşmasının üzvləridir.

 Bildirilir ki, saxlanılan terrorçular  Fransa vətəndaşıdır.  Bəzi xəbər qaynaqları isə saxlanılan qadınların Rusiya vətəndaşı olduğunu bildirir.

Google+ WhatsApp ok.ru