Türkiyədə Şeyx Zəkzakiya dəstək aksiyası keçiriləcək

Türkiyədə Şeyx Zəkzakiya dəstək aksiyası keçiriləcək

İyulun 13-də  İstanbulda Eminönü bölgəsində  Nigeriya şiələrinin rəhbəri  Şeyx İbrahim Zəkzakiyə dəstək aksiyası keçiriləcək. 
 
Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki, Yeni Cami  məscidinin qarşısında yerli vaxtla saat 17:30-da keçiriləcək  aksiyada iştirakçılar Şeyx Zəkzakinin  sağlamlığının təhlükədə olduğunu görə  onun sərbəst buraxılması və müalicəsi üçün şəraitin yaradılmasını tələb edəcək. 
 
Təşkilatçılar insanları aksiyada aktiv iştirak etməyə çağırıb: "Zindanda zəhərlənməsi nəticəsində ölüm təhlükəsi ilə üz-üzə olan Şeyx Zəkzakiyə dəstək olaq" 
 
Xatırladaq ki, 17 iyun 2019-cu ildə aparılan müayinə zamanı Şeyx İbrahim Zəkzaki və onun həyat yoldaşının səhhətində ciddi problemlər aşkarlanaraq bu barədə Kadun vilayəti ali məhkəməsinə ərizə göndərilib.  
 
Şeyx İbrahim Zəkzaki və onun həyat yoldaşı 2015-ci il dekabrın 13-də Nigeriya hərbçilərinin Zaria şəhərindəki hüseyniyyəyə basqını zamanı həbs olunublar.
 

Google+ WhatsApp ok.ru