Türkiyə silah  istehsal edən dünyanın 100 ən böyük şirkətinin siyahısında

Türkiyə silah istehsal edən dünyanın 100 ən böyük şirkətinin siyahısında

ABŞ-ın internet jurnalı olan DEFİNCE Nevs silah  istehsal edən dünyanın 100 ən böyük şirkətinin siyahısını təqdim edib.
 
Maide.Az "AA"a istinadla xəbər verir ki,  2018-ci ilin yekun məlumatına görə  bu 100-lüyə  Türkiyənin 4 müdafiə şirkəti daxil olub. 
 
Bunlar – ASELSAN,  TUSAS,  ROKETSAN və   STM şirkətləridir.
 
Türkiyə Silahlı Qüvvələrinin xəbərləşmə cihaz ehtiyaclarının qarşılanması şirkəti ASELSAN - bir il ərzində 55-cidən 52-ci yerə yüksəlib.
 
Onun 2017-2018-ci illərdəki dövriyyəsi 26 faiz artaraq 1.424 milyard dollardan 1.792 milyard dollara çatıb.
 
Türk Aerokosmik Sənayesi, TUSAŞ  2011-ci ildə  Definesin reytinq cədvəlinə daxil edilib ve 83-cü yeri tutub. Son qiymətləndirmələr zamanı isə 69-cu yerə qalxıb.
 
Reytinq cədvəlində 97-ci yerdə dayanan STM isə illik dövriyyəsini 564 milyon dollara çatdıraraq 85-ci yerə qədər gəlib.
 
Həmçinin  Türkiyənin əsas raket istehsalçısı olan Roketsan şirkəti  də 96-cı yerdən 89-cu yerə qədər irəliləməyə nail olub.
 
Ümumiyyətlə isə silah istehsalı üzrə ilk 10-luğa ABŞ, Çin, Böyük Britaniya və Niderland kimi ölkələr daxildir.

Google+ WhatsApp ok.ru