Türkiyəli futbolçu 1000 suriyalı uşağın əməliyyat pulunu ödəyəcək

Türkiyəli futbolçu 1000 suriyalı uşağın əməliyyat pulunu ödəyəcək

Londonun “Arsenal” klubunun türkiyəli yarımmüdafiəçisi  Məsut Özil, müharibə zamanı sağlamlığında problem yaranan min suriyalı uşağın cərrahi əməliyyat olunması üçün pulu ödəyəcək.
 
Maide.Az xəbər verir ki, bu barədə özünün Tvitter hesabında futbolçu belə yazıb: - ”Biz Əminə ilə belə qərara gəldik ki 1000 suriyalı uşağın cərrahiyyə xərclərini üzərimizə götürək.” 
 
Özil onu da əlavə edib ki, “BigShoe” xeyriyyə təşkilatı  ilə birlikdə müharibədən zərər çəkən suriyalı uşaqlara yardım etməyə hazırdırlar.
 
Məsut Özil həmən futbolçudur ki, toyunda Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan iştuirak edib. Eyni zamanda o öz toyuna suriyalı miqrantları və yetim suriyalı uşaqları dəvət etmişdi.
 
Qeyd edək ki, Mesut Özil “BigShoe” xeyriyyə təşkilatının ən görkəmli sponsorlarından biridir.  Bu təşkilat alman və isveç həkimləri cəlb edərək evsiz eşiksiz, ehtiyaclı uşaqların müalicəsi ilə məşğul olur  və cərrahiyyə xərclərini ödəyirlər.

Google+ WhatsApp ok.ru