Türkiyədə qövsvari ay şəklində tikilmiş məscid istifadəyə veriləcək

Türkiyədə qövsvari ay şəklində tikilmiş məscid istifadəyə veriləcək

Sivas şəhərində dünya üzrə en qeyri adi olacaq məscidin tikinti işləri yekunlaşmaq üzrədir.
 
Maide.Az yerli KİV-lərə istinadən xəbər verir ki, bu məscid hilal və ulduz şəklindədir.
 
Məscidin sahəsi 7000 kvadrat metrdir. Məbədin içərisində və həyətində eyni zamanda 10 min nəfər namaz qıla bilər. 
 
Sivas şəhərinin meri Hilmi Bilgin jurnalistlərə bildirib ki, məscidin açılışı oktyabr ayınadək baş tutacaqdır. 
 
Bu qeyri adi məscid yerli sakinlər və imkanlı şəxslərin yardımı ilə tikilir.

Google+ WhatsApp ok.ru