Türkiyədə bu saytlara giriş qadağan olunur

Türkiyədə bu saytlara giriş qadağan olunur

Türkiyədə lisenziyasız dərman satışı və reklamı ilə məşğul olan 3,7 min sayta giriş bağlanacaq.
 
Maide.Az Trend-ə istinadla xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Fəxrəddin Koca deyib.
 
Onun sözlərinə görə, saytlar ümumilikdə 6,3 milyon lirə məbləğində cərimələnib.
 
Nazir bildirib ki, bu saytlarda əsasən pəhriz məhsulları, eləcə də arıqlama vasitələri və həzmi yaxşılaşdırmaq üçün çaylar reklam olunur.
 
F.Koca əlavə edib ki, Türkiyədə lisenziyasız dərmanların satışı və reklamı ilə mübarizə gücləndiriləcək.
 

Google+ WhatsApp ok.ru