Türkiyə Facebook-u 282 min dollar cərimə etdi

Türkiyə Facebook-u 282 min dollar cərimə etdi

Türkiyə Facebook-a 1,6 milyon türk lirəsi (təqribən 282 min dollar) cərimə etdi.

Maide.Az bildirir ki, Fərdi Məlumatların Müdafiə İdarəsindən verilən məlumata görə, səbəb istifadəçilərin şəxsi məlumatlarının məxfiliyinin pozulması olub. Qanun pozuntusu, qeyd edildiyi kimi, ötən il baş vermiş və təxminən 300 min istifadəçiyə təsir etmişdir. Onların şəxsi məlumatları, adları, doğum tarixi, yeri üçüncü şəxslərə ötürülmüşdür.

Xatırladaq ki, may ayında Türkiyənin Şəxsi Məlumatların Qoruma İdarəsi Facebook-u artıq cərimələmişdi. O zaman şirkət istifadəçilərin məxfi fotolarının ictimaiyyətə yayılmasına görə 1.65 milyon türk lirəsi (təxminən 270 min dollar) cərimə ödəmişdir.

Google+ WhatsApp ok.ru