Türkiyədə banka hücum edilib - İşçiləri girov götürülüb

Türkiyədə banka hücum edilib - İşçiləri girov götürülüb

Türkiyənin Antalya şəhərində silahlı şəxs banklardan birinə hücum edib.

Maide.az “Posta”ya istinadən xəbər verir ki, o, müştəriləri və bəzi işçiləri çölə çıxarıb. Təhlükəsizlik işçilərini isə girov götürüb.

Hadisə yerinə çoxlu sayda polis cəlb edilib. Hazırda onun təslim olması üçün danışıqlar aparılır.

Xüsusi təyinatlı polislər də ərazidə əməliyyat üçün hazır vəziyyətdə gözlədilir. Ərazidə giriş-çıxışlar bağlanılıb, təhlükəsizlik tədbirləri gücləndirilib.

Google+ WhatsApp ok.ru