Türkiyədə miqrantları daşıyan qayıq batıb, 7 nəfər ölüb

Türkiyədə miqrantları daşıyan qayıq batıb, 7 nəfər ölüb

Van gölündə qanunsuz miqrantları daşıyan qayığın batması nəticəsində 7 nəfər ölüb, 64 nəfər sağ xilas edilib.
 
 
“Report” TRT-yə istinadən xəbər verir ki, məlumatı Türkiyənin Fövqəladə Hallar Xidməti yayıb.
 
 
Hadisə dekabrın 26-da Van gölünün Türkiyənin Bitlis əyalətinin Adilceviz rayonu sahillərində baş verib.
 
 
Yerli valiliyini açıqlamasına əsasən, miqrantlar Pakistan, Banqladeş və Əfqanıstan vətəndaşlarıdır.
 

Google+ WhatsApp ok.ru