Türkiyə və Yunanıstan sərhədində 13 min qaçqın toplanıb

Türkiyə və Yunanıstan sərhədində 13 min qaçqın toplanıb

BMT, ən az 13 min qaçqının Türkiyə-Yunanıstan sərhədində toplaşdığını bildirir. Bu haqda BMT bir gün əvvəl Türkiyənin Avropa ilə sərhədlərini açarkən bildirib. Bir müddət əvvəl veriən məlumata görə, Türkiyə hökuməti Suriyanın İdlib əyalətində Ankaranın hərbi əməliyyatlarına dəstək verilməsi üçün Avropaya təzyiq göstərmək niyyəti ilə Avropa ilə sərhədlərini açıb.
 
Maide.Az "Deyerler.org"-a istinadən verdiyi xəbərə görə, BMT-dəki Beynəlxalq Qaçqınlar Təşkilatının bildirdiyinə əsasən, şənbə günü günortadan sonra təşkilatın heyəti, Yunanıstanla Türkiyənin sərhəddində ən azı 13 min qaçqının olmasını qeyd edib. Məlumata görə, Yunan qüvvələri qaçqınların Türkiyə sərhədini keçməməsi və Yunanıstana girməmələri üçün bir maneə qurmuş və gözyaşardıcı qazdan istifadə edib. Yunanıstan Müdafiə Nazirinin müavini, şənbə günündən bazar gününə qədər Yunanıstan sərhədini Türkiyə tərəfindən 9600 qanunsuz keçmə hallarını qeydə alındığını və qaçqınların bütün bu cəhdlərinin boşa çıxdığını bildirib.
 
 Eyni zamanda, bazar günü Türkiyənin daxili işlər naziri öz tvitter səhifəsində, Türkiyə prezidentinin Avropa ilə sərhədlərin açılması qərarına əsasən, 76 mindən çox qaçqının Avropa Birliyi ilə Türkiyə sərhədini keçdiyini yazıb.
 

Google+ WhatsApp ok.ru