Türkiyədə daşqın nəticəsində iki nəfər həlak olub

Türkiyədə daşqın nəticəsində iki nəfər həlak olub

Türkiyənin Bursa vilayətində daşqın nəticəsində iki nəfər həlak olub.
 
Bölgədə itkin düşən 4 nəfərin axtarışı davam edir.
 
Daşqın Bursa vilayətinin Kestel rayonunun Dudaklı, Narlıdere, Gölcuk, Sarıkaya, Kayacık və Aksu məhəllərində baş verib.
 
Hadisə yerinə daxili işlər naziri Süleyman Soilu gəlib. 257 nəfərdən ibarət axtarış-xilasetmə qrupu itkin düşən 4 nəfərin axtarışlarını davam etdirir. /Trend
 

Google+ WhatsApp ok.ru