Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb

Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb

Türkiyənin paytaxtı Ankaranın Beypazar rayonuna aid Kırbaşı Məhəlləsində “Hürkuş” təlim təyyarəsi qəzaya uğrayıb.
 
Məlumatı ölkənin Aviasiya və Kosmik Sənayesi yayıb.
 
Bildirilib ki, təyyarədəki iki pilot paraşütlə tullanaraq sağ qalıblar.
 
“Həmin pilotlarımızın səhhəti yaxşıdır. Onlar müayinə üçün xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı araşdırma aparılır. Hadisənin səbəbi araşdırmalardan sonra açıqlanacaq”, - deyə məlumatda qeyd olunub. /report
 

Google+ WhatsApp ok.ru