Türkiyə vətəndaşları Bakıda bu ölkənin səfirliyi qarşısında etiraz aksiyası keçirib - VİDEO

Türkiyə vətəndaşları Bakıda bu ölkənin səfirliyi qarşısında etiraz aksiyası keçirib - VİDEO

Bu gün bir qrup Türkiyə vətəndaşı bu ölkənin Bakıdakı səfirliyinin qarşısında etiraz aksiyası keçirib. Onlar koronavirus pandemiyası səbəbindən sərhədlər bağladıqdan sonra Azərbaycanda məcburi olaraq qalıblar.
 
Aksiya iştirakçıları Türkiyə prezidenti Ərdoğana müraciət edərək onlara öz ölkələrinə qayıtmaq imkanı verilməsini xahiş ediblər.
 
“Biz ,Türkiyə vətəndaşları neçə aydır ölkəmizə qayıda bilmirik. Koronavirus pandemiyası ilə əlaqədar iş yerlərimizi itirmişik. Sərhədlər bağlıdır, nəqliyyat işləmir. Azərbaycandan quru yolu ilə keçsək belə, Gürcüstan sərhədləri də bağlıdır”, - Türkiyə vətəndaşlarının  müraciətində deyilir.
 
Aksiya sosial məsafə gözlənilərək keçirilib. Polis müdaxilə etməyib.
 
Aksiya iştirakçılarının sözlərinə  görə, Türkiyə səfirliyindən onlara bildiriblər ki,   iyunun 30-da problemin həllinə yardım edəcəklər.
 
Pandemiyanın başlanmasından və sərhədlərin bağlanmasından sonra Türkiyədə on minlərlə Azərbaycan vətəndaşı, Azərbaycanda isə minlərlə Türkiyə vətəndaşı vətənə qayıtmaq problemi ilə üzləşib.  / Turan

Google+ WhatsApp ok.ru