Türkiyədə BƏƏ casusu saxlanılıb

Türkiyədə BƏƏ casusu saxlanılıb

Türkiyədə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) casusluq şübhəsiylə saxlanılıb 45 yaşındakı İordaniya vətəndaşı günahını etiraf edib.

 
Bu barədə ABŞ media orqanı "Washington Post" yazıb
 
"Türkiyə BƏƏ adına casusluq fəaliyyəti göstərməkdə ittiham olunan bir nəfəri saxlanılıb", - ifadələrinin yer aldığı xəbərdə özünü jurnalist olaraq təqdim edən casusun İordaniya vətəndaşı Əhməd əl-Astal olduğu bildirilib. Şübhəlinin günahını boynuna aldığı və bu həftə məhkəməyə çıxacağı gözlənilir.
 
Astalın başlıca vəzifəsinin Türkiyədəki siyasi vəziyyət haqqında xəbər hazırlamaq və sürgündə yaşayan ərəb müxalifləri izləmək olduğu barədə məlumat paylaşılıb.
 
Xəbərdə son 2 ildə Türkiyədə üçüncü dəfə BƏƏ adına casusluq etdiklərindən şübhələnilən şəxslərin saxlanıldığı yer alıb.
 

Google+ WhatsApp ok.ru