Türkiyədən Çinə hərəkət edən yük qatarı Bakı limanından keçəcək 04 Dekabr 2020 17:22 Xəbərlər Türkiyədən Çinə hərəkət edən yük qatarı Bakı limanından keçəcək Türkiyədən Çinə hərəkət edən və ixrac məhsulları daşıyan ilk yük qatarı İstanbuldan yola çıxıb. Trend-in məlumatına görə, bu barədə Türkiyə Dövlət Dəmir Yolları İdarəsi bildirib. Qatarın yola salınması mərasimində ölkənin nəqliyyat və infrastruktur nazirir Adil Karaismailoğlu iştirak edib. Qeyd olunur ki, həmin yük Bakı Beynəlxalq Dəniz Ticarət Limanından keçərək Qazaxıstana hərəkət edəcək. Türkiyədən Çinədək marşrutun ümumi uzunluğu 8 693 kilometr, daşıma müddəti 12 gün təşkil edir. Teqlər : #Türkiyədən,#Çinə,#hərəkət,#edən,#yük,#qatarı,#Bakı,#limanından,#keçəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycan 2 Ermənistan vətəndaşını AZAD ETDİ Rusiyanın dəstəyi ilə Qarabağda 8 min ev TİKİLƏCƏK