'Twitter'də avtorizasiya imkanları genişləndirilib

'Twitter'də avtorizasiya imkanları genişləndirilib

“Twitter” sosial şəbəkəsinə kənar hesablar və sistemlər vasitəsilə daxil olmaq mümkün olub.

 
Maide.Az “Report” a istinadən xəbər verir ki, indi istifadəçilər “Google” hesabı və “Apple ID” vasitəsilə avtorizasiya ola biləcək.
 
“Apple ID” ancaq İOS üçün tətbiqdə işləyir, veb versiyada bu imkan daha sonra tətbiq olunacaq. “Google” hesabı vasitəsilə giriş isə hər iki versiyada mümkündür.
 

Google+ WhatsApp ok.ru