Türkiyədə hərbi təyyarə qəzaya uğrayıb, pilot həlak olub 07 Aprel 2021 16:58 Dünya Türkiyənin Konya bölgəsində təyyarə qəzası baş verib. Türkiyənin Milli Müdafiə Nazirliyi (MN) qəzaya uğrayan təyyarənin “Türk ulduzları” eskadrilyasına məxsus olduğunu bildirib. “Təlim uçuşu icra edən “Türk ulduzlarına” məxsus NF-5 təyyarəsi saat 14:15 (Bakı vaxtı ilə 15:15) radələrində Konyada qəzaya uğrayıb”, - deyə Türkiyə MN-dən bildirilib. Qəza Karatay rayonunda yerləşən aviabaza yaxınlığında baş verib. Hadisə yerinə xilasedicilər cəlb olunub. İlkin məlumatlarda bir pilotun həlak olduğu bildirilir. Teqlər : #Türkiyədə,#hərbi,#təyyarə,#qəzaya,#uğrayıb,#pilot,#həlak,#olub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda qidaların beşdə biri atılır İsrail rejim qüvvələri Dəməşq yaxınlığına aviazərbələr endirib, xəsarət alanlar var
İran dondurulmuş 40 milyard dollar pulunun sərbəst buraxılmasını danışıqlarda şərt olaraq irəli sürür
Rusiya Təhlükəsizlik Şurasının katibi: ABŞ Rusiya-Çin sərhədi yaxınlığında bioloji silah istehsal edir