Türkmənistanda spirtli içkilərin satışına qadağa qoyuldu 16 İyul 2018 01:00 Xəbərlər -- ticarət mərkəzlərinin piştaxtalarından spirt içkilərin götürülməsi üçün iş aparılır Türkmənistan hakimiyyəti paytaxt Aşqabad və vilayətlərin inzibati mərkəzlərində spirtli içkilərin satışını qadağan edib. Maide.Az bildirir ki, bu haqda “Azadlıq” radiosunun yerli xidməti bildirib. Radionun mənbələri iddia edir ki, hakimiyyət ticarət mərkəzlərinin piştaxtalarından spirt içkilərin götürülməsi üçün iş aparır. Statistikaya görə, ölkədə son bir neçə ayda spirtli içkilərdən istifadə nəticəsində insanların zəhərlənməsi, hətta ölüm halları artıb. Ölkədə spirtli içkilərin satışına qarşı mübarizə iyulun 5-də “2018-2024-cü illərdə Türkmənistanda alkoqolun zərərli təsirinin profilaktikası üzrə Milli Proqram”ın qəbulundan sonra başlanıb. Teqlər : #Türkmənistanda spirtli içkilərin satışına qadağa qoyuldu, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bir milyarddan çox adam sərinləməyə yer tapmır `Kaspersky Lab`: Azərbaycan istifadəçilərinin üçdə ikisi kibertəhdidlərlə qarşılaşıb