Türkmənistanda həqiqi kompüterləri oyuncaq netbuklarla “səhv saldılar”

Türkmənistanda həqiqi kompüterləri oyuncaq netbuklarla “səhv saldılar”

Türkmənistanda birinci sinif şagirdləri üçün nəzərdə tutulan oyuncaq netbukların istehsalını həqiqi kompüterlərin istehsalı kimi təqdim ediblər. 
 
Maide.Az "Oxu.Az"a istinadən xəbər verir ki,  “Xronika Turkmenistana” nəşrinə istinadla xəbər verir ki, ölkə prezidenti Qurbanqulu Berdımuhəmmədovun adından “birincilərə” netbuk hədiyyə verilmə ənənəsi 2011-ci ildə meydana gəlib.
 
2016-cı ilə qədər şagirdlər “Lenovo” kompüterləri ilə təmin olunurdular. Daha sonra onları “Oguzabat” şirkətinin yığdığı “təlim kompüterləri” əvəzlədi.
 
Lakin onlar yalnız əsl kompüterlərin görüntüsünü yaradırlar. Onlar əməliyyat sisteminə, USB-portlara və digər zəruri elementlərə malik deyillər.
 
Nəşrin diqqətini bir ay ömcə KİV-də artıq Türkmənistan istehsalı olan 100 min “adi” kompüterin istehlakçılara təqdim olunmasına dair yayılan məlumatlar cəlb edib. 
 
Halbuki avqustun 3-də “Zolotoy vek” nəşri məlumat vermişdi ki, Türkmənistanda netbukların istehsalına yenicə başlanılıb və sentyabrın 1-nə yalnız 50 min nümunə, - yəni iki dəfə az, - istehlakçılara çatdırılacaq.
 
Türkmənistanda cihazların plastmas korpusları istehsal olunur və yığım prosesi həyata keçirilir. Elektron lavazimatlar isə Çindən gətirilir.
 

Google+ WhatsApp ok.ru