Türkmənistanda ərzaq qıtlığı yaşanır

Türkmənistanda ərzaq qıtlığı yaşanır

Türkmənistanda SSRİ-nin ötən əsrin 80-90-cı illərində qarşılaşdığı ərzaq çatışmamazlığı yaşanır.
 
Rusiyanın Lenta.ru saytının məlumatına əsasən, mağazalarda un yoxdur, çörək və ət çatışmır, qənd, yağ və süd məhsullarının qiyməti kəskin artıb. 
 
Siqaret, kolbasa üçün növbələrə bir neçə ay əvvəldən yazılırlar.
 
Hakimiyyət nümayəndələri vəziyyəti şərh etmirlər, yerli KİV-lər isə əhalinin rifahının artması və bolluq haqqında məlumatlar dərc edirlər.
 
Çörək almaq üçün türkmənlər mağazada səhərdən növbəyə dururlar, amma bu da çörəyin hamıya çatacağına zəmanət deyil. Ət, yumurta, un məhsullarını tapmaq mümkün deyil. Artıq bir neçə aydır ölkəyə siqaret gətirilmir, benzin ehtiyatı bitmək üzrədir. Biznesmenlər Türkmənistan valyutası olan manatın ucuzlaşacağından ehtiyatlanaraq daşınmaz əmlak alırlar.
 
Əyalətlərdə vəziyyət şəhərlərdən daha pisdir.  / meydan.tv /
 

Google+ WhatsApp ok.ru