Türk professorun bu kəşfi dünyanı şoka salacaq

Türkiyəli prof.Kürşad Çağıltay TÜBİTAK-dan aldıqları dəstəklə hazırladıqları texnologiyanın siçan və klaviatura ehtiyacını ortadan qaldırdığını, yalnız gözlərlə ekrana baxaraq bütün əmrlərin verildiyini deyib: "Sistemdə gözün hərəkəti ilə siçan sayğacı, baxılan nöqtəyə hərəkət edir. Gözlər bir saniyə qırpdıqda bir klik, 2 saniyə qırpıldıqda da siçanın ikiqat klik hərəkəti avtomatik təmin olunur. Gözlərlə kompyuterin virtual klaviaturasını açıb yazı yazmaq və axtarış aparmaq da mümkündür."
 
Professor Çağıltay layihəni həyata keçirərkən əsas hədəflərinin boynundan aşağısı iflic olanların kompüter texnologiyalarına qovuşdurmaq olduğunu deyib:
 
"Müəyyən bir müddət sonra indiki fiziki qarşılıqlı təsiri təmin edən kompüter interfeysləri siçan, klaviatura, hətta ekranın özü aradan qalxacaq. Bu sistemlər birbaşa bizim gözümüzün içinə linza kimi montaj ediləcək. Bayırdakı fiziki ekrana baxmaq əvəzinə, gözün önündə ekranlar meydana çıxacaq. Terminatör filmindəki yalanlar həqiqət olacaq. 10-15 il ərzində bununla bağlı irəliləyişlər sürətli bir şəkildə həyatımıza girəcək".

Google+ WhatsApp ok.ru