Trump və Putinin ilk xüsusi görüşü baş tutub

Trump və Putinin ilk xüsusi görüşü baş tutub

-- Putin və Tramp görüşdən əvvəl mediaya qısa açıqlama ilə çıxış ediblər

Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp görüşdən əvvəl mediaya qısa açıqlama ilə çıxış ediblər.
 
APA-nın Moskva müxbirinin xəbərinə görə, V. Putin amerikalı həmkarı ilə görüşməkdən məmnun olduğunu söyləyib. O, D. Trampla daimi təmaslarının davam etdiyini, telefonla danışdıqlarını və müxtəlif tədbirlər çərçivəsində bir neçə dəfə görüşdüklərini bildirib: “Əlbəttə ki, ikitərəfli münasibətlərimiz və dünyanın müxtəlif ağrılı məsələləri haqqında ətraflı danışmağın vaxtı çatıb, onların sayı kifayət qədər çoxdur”.
 
D. Tramp isə qeyd edib ki, ABŞ- Rusiya münasibətlərini yaxşılaşdırmaq şansı var: “Bütün dünya ABŞ və Rusiya arasında yaxşı münasibətlərin olmasında maraqlıdır".
 
D. Tramp rusiyalı həmkarı ilə ticarət, hərbi məsələlər, nüvə problemi və Çinlə münasibətlər barədə müzakirə aparacaqlarını söyləyib.
 
***
 
ABŞ prezidenti Donald Tramp və Rusiya pezidenti Valdimir Putinin Finlandiyanın Helsinki şəhərində görüşü başlayıb.
 
Maide.Az bu barədə Sputnik-ə istinadla xəbər verir.
 
Helsinkdə prezident sarayında baş tutan görüş ilk növbədə media qarşısında üz-üzə görüşlə baş tutub və tərəflər ikitərəfli danışıqar üçün saat yarımlıq müddət üçün bağlı qapılar arxasına keçiblər.
 
Rusiya mətbuatının məlumatına görə tərəfləri maraqlıandıran əsas məsələ ikitərəfli münasibətlərin və əlaqələrin normallaşdırılmasıdır. Bu görüşdə Suriya məsələsinin də gündəmə gətirələcəyi gözlənilir.
 
Cümə günü ABŞ Ədliyyə Nazirliyi 12 Rusiya vətəndaşını ABŞ prezident seçkisinə müdaxilədə ittiham etdikdən sonra, bəzi ABŞ siyasətçiləri Trump-la Putinin görüşünün ləğvinə çağırış ediblər.
 
Cənab Trump görüşdən "az gözləntisi" olduğunu, lakin "bəlkə bundan nə isə yaxşı bir nəticə" əldə ediləcəyinə ümid bəslədiyini deyib.
 

 

Google+ WhatsApp ok.ru