Trump ABŞ diplomatik missiyasında ixtisara görə Putinə minnətdarlığını bildirib

Trump ABŞ diplomatik missiyasında ixtisara görə Putinə minnətdarlığını bildirib

Moskvada ABŞ səfirliyinin binası. İxtisar barədə qərar Rusiya paytaxtı ilə yanaşı Yekaterinburq, Vladivostok və Sankt-Peterburqda mənzillənən konsulluqlara aid edilir.
 
ABŞ prezidenti Donald Trump Rusiyadakı diplomatik missiyalarda 755 əməkdaşın ixtisarı barədə qərara görə prezident Vladimir Putinə minnətdarlığını bildirib.
 
Onun sözlərinə görə o, ABŞ vergiödəyicilərinin pullarına qənaət edən qərara görə Rusiya liderinə təşəkkür etmək istərdi.
 
ABŞ-da bir neçə qurum 2016-cı ildəki prezident seçkilərinə Rusiya müdaxiləsi ilə bağlı iddiaları araşdırır.
 
Cənab Trump araşdırmaları "əcinnə ovu" adlandıraraq rədd edib.
 
İyul ayının sonunda prezident Putin Rusiya sanksiyalarına cavab olaraq ABŞ diplomatik missiyalarında 755 işçinin ixtisar edilməsi barədə qərar qəbul edib.
Hesab olunur ki, ixtisar olanlar arasında çox sayda "yerli işçilər" var. Bu deməkdir ki, ölkəni tərk etməli olacaq əməkdaşların sayı böyük bir ehtimalla 755-dən xeyli aşağı ola bilər.
 
Rusiyadakı ABŞ diplomatik missiyalarında işçilərin sayı Rusiyanın Washington-dakı missiyasında işləyənlərin sayına, yəni 455 nəfərə çatdırılmalıdır.
 
 
 
İxtisar barədə qərar Moskva ilə yanaşı Yekaterinburq, Vladivostok və Sankt-Peterburqda mənzillənən konsulluqlara aid edilir.
 
ABŞ Dövlət Departamenti Rusiyanın qərarının "təəssüf doğurduğunu" bildirib.
 
Lakin cənab Trump ABŞ "xərclərini"in azaldılmasına görə prezident Putinə minnətdar olduğunu deyib.
"Biz xərcləri ixtisar etməyə çalışırıq və mənə gəlincə, çox sayda adamların getməsinə yol verdiyi üçün ona minnətdarlığımı bildirmək istəyirəm", Donald Trump deyib. (bbc) /

Google+ WhatsApp ok.ru