Trump ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürəcəyini deyir

Trump ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürəcəyini deyir

Amerikanın yeni prezidenti Donald Trumpın baş müşaviri Kellyanne Conway deyib ki, D.Trump hökumətinin proriteti ABŞ-ın Təl-Əvivdəki səfirliyini Qüdsə köçürmək olacaq. 
 
Maide.Az xəbər verir ki, xanım K.Conway deyib ki, D.Trump bu məsələni seçkilər zamanı demişdir və hazırda da xüsusi görüşlərdə təkidlə ABŞ-ın Təl-Əvivdəki səfirliyinin Qüdsə köçürəcəyin bildirib. 
 
"The Independent" qəzeti xanım K. Conwayın bu açıqlamasını verərək yazıb ki, bundan öncə də ABŞ prezidentləri Bill Klinton və Corc Buş Amerikanın səfirliyinin işğal olunmuş Fələstin torpaqlarına köçürəcəklərinə dair söz vermişdi, lakin sonradan qorxdular ki, bu dəyişiklik bölgədə qarşıdurmaları daha da gücləndirər və ona görə geri addım atdılar. 
 
ABŞ və dünyanın digər ölkələri Qüdsü sionist rejimin paytaxtı kimi tanımır və öz səfirliklərini Tel-Əvivdə açıb. 
 
Qeyd edək ki, Amerikan Konqresi 1995-ci ildə “Jerusalem Embassy Act” adlı qanun qəbul edib ki, bu qanuna əsasən işğalçı İsrailin paytaxtı Qüds elan olunub. Qanuna əsasən ABŞ səfirliyi 1999-cu ilədək Qüdsə keçirilməli idi, lakin ABŞ prezidentləri bölgədə qarşıdurmaların daha da gərginləşməsindən qorxduğu üçün hər altı aydan bir həmin qanunu veto edir.

Google+ WhatsApp ok.ru