Trump miqrasiya qaydalarını sərtləşdirmək istəyir

Trump miqrasiya qaydalarını sərtləşdirmək istəyir

ABŞ prezidenti Donald Trump-ın administrasiyası miqrasiyanı məhdudlaşdıracaq yeni tədbirin tətbiq olunacağını bildirib.
 
Bu tədbirə görə potensial baxımdan gələcəkdə dövlət müavinətləri tələb edə biləcək şəxslərə viza və oturaqlıq üçün yaşıl kartların verilməməsini nəzərdə tutur.
 
ABŞ-ın federal qanunu onsuz da ABŞ sakini olmaq istəyənlərdən Birləşmiş Ştatlara yük olmayacaqlarının isbat edilməsini tələb edir.
 
“Yük” dedikdə qanun hökumətdən tibbi xidmət, ev, gəlir və ya ərzaq müavinətləri alanları nəzərdə tutur.
 
Avqustun 12-də elan edilmiş yeni tədbir “ictimai asılılıq” termininin mənası dəyişdirəcək.
 
Ağ Ev bildirib ki, bu tədbir adamların özlərini dolandırmasına və “həqiqi ehtiyacı olan amerikalıların vəziyyətinin daha da ağırlaşdırılmasının” qarşısının alınmasına yönəlib.
 
Aşağı gəlirli miqrantların hüquqlarını müdafiə edın ABŞ Milli İmmiqrasiya Hüquq Mərkəzi bəyan edib ki, hökumətin yeni tədbirini önləmək üçün məhkəməyə müraciət edəcək.
 
Mərkəz bu tədbiri “immiqrasiya sisteminin irqçi, qəddar və qanunsuz transformasiyası” adlandırıb.
 
Yeni qaydaların oktyabrın 15-də qüvvəyə minəcəyi gözlənilir. /azadliq.org
 

Google+ WhatsApp ok.ru