Trump müsəlmanların Amerikaya buraxılmamasına çağırış etdi

ABŞ-da gələn il keçiriləcək prezident seçkilərində Respublikaçıların prezidentliyə namizədlərindən Donald Trump müsəlmanların ölkəyə buraxılmamasını istəyib.
 
Maide.az xəbər verir ki, Trumpın seçki kampaniyası ofisindən verilən məlumata görə, tanınmış iş adamı ictimaiyyətə müraciətində, "Müsəlmanların böyük əksəriyyətinin amerikalılara nifrət etdiyini" iddia edib.
 
Trump, "Amerikalı nümayəndələr nələr baş verdiyini müəyyənləşdirənə qədər, müsəlmanlar üçün qapıların tamamilə bağlanmasına" çağırıb.
 
Sorğuda Respublikaçı namizədlər arasında ön sırada gələn Donald Trump, "Biz bu problemi və gətirdiyi təhlükəli hədəni müəyyənləşdirib anlayana qədər, ölkəmiz yalnız cihada inanan və insan həyatına hörmət etməyən adamların dəhşətli hücumlarının qurbanı olmamalıdır", - deyib.
 
Trumpın kampaniya direktoru Corey Levandovski isə prezidentliyə namizədin təklif etdiyi qadağanın ABŞ-a miqrant və ya turist kimi girmək istəyən hər kəs üçün etibarlı olduğunu söyləyib.
 
ABŞ-dakı müsəlmanları təmsil edən ən böyük təşkilat Amerika-İslam Münasibətləri Şurası Trumpın sözlərinə sərt reaksiya göstərib. Şuranın rabitə direktoru İbrahim Hooper, "Donald Trump müsəlman əleyhinə fanatizmini artırarkən insan bir sonrakı sözünün nə olacağını narahat edir" deyib.

Google+ WhatsApp ok.ru