Trumpın seçilmək ehtimalı Kanadaya miqrasiyaya marağı artırıb

ABŞ-da 2016-cı il prezident seçkisi yarışında qabağa çıxan şəxslərdən olan Donald Trumpın irqçi və miqrasiya əleyhinə çıxışları amerikalıların Kanadaya mühacirət etmək marağını artırıb.
 
Maide.az xəbər verir ki, ABŞ-da Google-da ən çox axtarılan məsələlərdən biri, "Kanadaya necə köçərəm?" olub. Kanada hökumətinin məsələ ilə bağlı internet saytı həddindən artıq yüklənmə üzündən səhv verib.
 
Amerikalıların Kanadaya köçmək qayğısı, Trumpın Respublikaçıların 1 mart "Super Çərşənbə Axşamı" günü 12 ştatda apardığı ilkin seçkidə böyük qələbə ilə ayrılmasından sonra yaranıb.
 
Google-nin redaktoru Simon Rocer yazdığı twitter statusunda artımın 350 faizə yüksəldiyini, ancaq müəyyən bir müddət sonra bu rəqəmin 1150-ə qalxdığını bildirib.
 
Hər seçki dövründə gündəmə gələn "Kanadaya mühacirət" məsələsi Google-də ən çox axtarılanlar arasına daxil olur. Ən yüksək axtarma faizi Barak Obamadan əvvəlki prezident Corc Buş dövründə olmuşdu.

Google+ WhatsApp ok.ru